Tibb işçilərinin NƏZƏRİNƏ

  • By admin
  • 05 May 2020 22:02

Sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bununla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində beş nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.

Gununsesi.org