Tibb müəssisələrində ƏDV mexanizmi qüvvəyə mindi

  • By admin
  • 01 Yanvar 2022 15:34

Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq. Vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmindən istifadə edə biləcəklər. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, əgər vətəndaş tibb müəssisəsinə 1000 manatlıq ödəniş edibsə, onun ödədiyi ƏDV 180 manatdır: “Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq. Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15% geri qaytarma həyata keçiriləcək”.

Gununsesi.info