Tibb tarixində ilk: Ana qarnındakı körpə beyin əməliyyatı edildi

  • By admin
  • 05 May 2023 13:43

Amerikada dünya tibb tarixinə düşəcək bir davranış gerçəkləşdirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Boton şəhərində doktorlar ilkə imza ataraq ana qarnındakı körpəni beyin əməliyyatı ediblər.

Luizanada yaşayan Derek və Kenyetta Kolemant ailəsi rutin yoxlama üçün getdikləri xəstəxanada doktorların qəribə bir şey fərq etdiklərini öyrəniblər.

Həkimlər beynin içində seyrək görülən bir qan damarı anormmalığı olan vaskulyar malformasiya olduğunu təsbit ediblər.

Həkimlər bu malformasiyanın təhlükəli bir şəkildə böyüdüyünü fərq ediblər.

Normal hamiləlik dönəmi keçirdiyini düşünən ana Kenyetta qarnındakı körpəni doğmazdan öncə əməliyyat edib-etməməklə bağlı qərar verməli idi.

Cütlüyün təsdiqləməsi ilə əməlliyyat yerinə yetirilib və uşaq sağlam bir şəkildə doğulub.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info