
35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən (ATU) xaric edilib.
Bu barədə Gununsesi.org-a Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.
O bildirib ki, bu barədə qərar universitetin Rektor yanında İctimai Nəzarət Şurası tərəfindən çıxarılıb.
Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019-2020-ci tədris il üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.