Tibb və qeyri-tibb işçilərinə sentyabr ayı üzrə müddətli əlavələr ödənildi

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.

HTML tutorial

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.

Gununsesi.info