
Çinin Tibet bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə 36 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin episentri Tibet bölgəsinin ikinci ən böyük şəhəri olan Şiqatse elan edilib.
Dərinliyi 10 kilometr olaraq ölçüldü.
Bölgədə can itkisinin artacağından ehtiyat edilir.
Uçmuş binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Orxan Saffari