Ticarət mərkəzinə atəş açan şəxsin kimliyi məlum oldu

  • By admin
  • 23 İyul 2016 11:51

munhen0

 

Münhendə silahlı basqın edən şəxsin kimliyi bəlli olub. Bu şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşıdır. Gununsesi.info Alman mətbuatına istinadən xəbər verir ki, bu açıqlamasında şəhərin polis idarəsinin rəhbəri Xubertus Andre məlumat verib.

Onun sözlərinə görə, “Olimpiya” ticarət mərkəzinə basqın zamanı 9 nəfər ölüb, 16 nəfər isə yaralanıb: “Hadisəni 18 yaşlı İran əsilli Almaniya vətəndaşı törədib. Basqının səbəbi bəlli deyil. İyulun 22-də axşam saatlarında Münhendəki “Olimpiya” ticarət  mərkəzinə silahlı basqın olub. Basqın zamanı o pistoletdən istifadə edib. Polislə atışma nəticəsində basqınçı ölüb.

 

Gununsesi.info