“Ticarət mərkəzinə silahlı hücum məni son dərəcə kədərləndirdi” - ƏLİYEVDƏN MERKEL VƏ QAUKA

  • By admin
  • 23 İyul 2016 16:44

1464012710

Azərbaycan prezidenti  İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti  Yoaxim Qauk və federal kansler Angela Merkelə başsağlığı mətubu göndərib.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, başağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Gununsesi.info