Ticarət mərkəzində qızıl üzük oğurlandı

Bakıda ticarət mərkəzində qızıl üzük oğurlanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən ticarət mərkəzində piştaxtaların birindən 1430 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info