Ticarət mərkəzində yanğın - FOTO

  • By admin
  • 21 İyun 2017 11:51

03

İyunun 21-də Türkiyənin ən böyük üçüncü şəhəri sayılan İzmirdə ikimərtəbəli “Olympos” Ticarət Mərkəzində güclü yanğın baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın binanın üst mərtəbəsində yerləşən mebel mağazasında baş verib.

Belə ki, ticarət mərkəzində olanlar dərhal təxliyə olunublar. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Hadisə yerinə İzmir Böyükşəhər Bələdiyyəsinin – Berqama, Kınık və Dikili Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, yanğın zamanı ticarət mərkəzində fəaliyyət göstərən1 qəhvə dükanı ilə 3 ayrı mebel mağazası yanıb, xəsarət alan olmayıb.

04

Anar

Gununsesi.info