Ticarət tərəfdaşımız olan ilk 5 ölkə - SİYAHI

  • By admin
  • 12 İyul 2017 14:36

sened

Dövlət Gömrük Komitəsi bu ilin birinci yarısında əsas ticarət tərəfdaşı olduğu ölkələrin siyahısını açıqlayıb.

Gununsesi.info DGK-nin hesabatına istinadən bildirir ki, ticarət dövriyyəsində ilk pilləni İtaliya tutur.

Rəsmi Roma ilə Azərbaycan arasında 1.3 milyard dollarlıq ticarət əməliyyatı həyata keçirilib. Onun 1.2 milyardı ixracın, 661 milyonu idxalın payına düşür.

İkinci pillədə Türkiyə qərarlaşıb-1.18 milyard dollar.

Üçüncü yerdə 951.3 milyon dollarla Rusiya tutur. Qeyd edək ki, Rusiya ən yüksək idxal həyata keçirdiyimiz ölkədir.

Ticarət dövriyyəsində Çin dördüncü (675.9 milyon dollar), Almaniya beşinci (367milyon dollar) yerdə qərarlaşıb.

Vüsalə Rüstəmova 

Gununsesi.info