Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

  • By admin
  • 18 Oktyabr 2020 21:27

Gürcüstanın paytaxtı Tiflisin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Gununsesi.info xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 28 May Respublika Günü münasibətilə Tiflisdəki sözügedən qüllənin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

Gununsesi.info