
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir.
Gununsesi.info xəbər verir ki, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
Məlumata əsasən, şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
Gununsesi.info