Tiflisdə insident: Gürcülər bayrağımızı oğurladılar

  • By admin
  • 18 İyul 2017 20:50

86474
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir qədər sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.

Qol.az-ın xəbərinə görə, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına “Dinamo” stadionunun önündə yaşanıb.

“Samtredia”nın 20-ə yaxın azarkeşi “Qarabağ” fanatlarına hücum edib. Nəticədə əlbəyaxa dava düşüb. Yerli fanatlar Azərbaycan bayrağını “Qarabağ” fanatlarından alaraq qaçıblar. Polislər bayrağı oğurlayan gürcü azarkeşləri axtarışa başlayıb.

Qeyd edək ki, “Samtredia” – “Qarabağ” oyunu saat 21:00-da başlayacaq.

Gununsesi.info