Yasamal Rayon İcra Hakimiyyəti açıqlama yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda deyilir:
“18 sentyabr 2021-ci il tarixdə gecə saat 00:00-da sosial şəbəkələrdə Bakı şəhəri, Moskva prospekti ev 8 ünvanında aparılan tikinti işləri ilə bağlı canlı yayımda geniş müzakirələr aparılarkən həmin tikilinin Yasamal rayonu ərazisinə aid olduğu bildirilərək Yasamal Rayon İcra Hakimiyyətinin ünvanına yalan, həqiqətə uyğun olmayan ifadələr işlədilib.
Nəzərinizə çatdırırıq ki, həmin tikinti işləri aparılan Bakı şəhəri, Moskva prospekti ev 8 ünvanı Yasamal rayonunun inzibati ərazi vahidinə aid deyildir.
Hər hansı məlumatı dərc etməzdən əvvəl qanunvericiliyin tələblərinə əməl edərək dəqiqləşdirmək, daha sonra dərc etmək daha məqsədəuyğun olardı”.
Gununsesi.info