Tikinti materiallarının istehsalı 33 faiz artıb

Tikinti materiallarının istehsalı 33 faiz artıb

tikinti_esas

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 32,6% artaraq 360,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, sementin istehsalı 22,8%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,3 dəfə, şüşə lifindən ipliyin istehsalı 4,3 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 39,6% artıb.

Gununsesi.info

COMMENTS