Tikiş fabrikinin əməkdaşı iş yerində öldü

Bakıda tikiş fabrikinin əməkdaşı iş yerində vəfat edib.

Gununsesi.info -nun məlumatına görə, hadisə Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən və “Xətai Tikiş-2” ASC-yə məxsus fabrikdə baş verib. Orada çalışan Ağsu rayon sakini Lətif Ağayev iş başında olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info