
Türkiyə Kommunist Partiyası Marksist Leninist Harəkatı (TKP/ML), TİKKO (Erməni Terror Təşkilatı kimi tanınır) Terror Təşkilatının Türkiyənin Kocaeli vilayəti üzrə rəhbəri həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Tunceli Jandarma Komandirliyi və Kocaeli Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinə TKP/ML – TİKKO terror təşkilatının Ünal adlı liderin evdə gizləndiyi barədə məlumat daxil olub.
Belə ki, məlumat əsasında Tunceli Jandarma Komandirliyi və Kocaeli Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin xüsusi təyinatlı dəstələri Kocaeli vilayəti Gebze mahalında əməliyyat keçirilib və terrorçu tutulub.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info