TikTok fenomeni qadın 400 kişinin hücumuna məruz qaldı – VİDEO

  • By admin
  • 08 Mart 2024 15:10

Pakistanın Lahor şəhərində Müstəqillik Günü üçün video çəkən TikTok fenomeni qadın yüzlərlə kişinin hücumuna məruz qalıb.

Gununsesi.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, 400 kişi gənc qadına hücum edərək, izdihamın içində onun paltarlarını cırıb.

Hücum zamanı nə edəcəyini bilməyən qadının ətrafındakılardan kömək istəməyə çalışdığı anlar mobil telefonun kamerası ilə çəkilən görüntülərdə əks olunub.

 

Gununsesi.info