TikTok-un fenomeni həbs olundu

TikTok sosial media platformasında 7,3 milyon izləyicisi olan “Melek Azad” ləqəbli Fatma Dəmir həbs edilib.

Gununsesi.info xəbər verir ki, o, “qəsdən xəsarət yetirmə” ittihamı ilə 2 il 3 ay həbs cəzası kəsildiyi üçün evində saxlanılıb.

Polis bölməsində Dəmirin səhhəti yoxlanıldıqdan sonra növbətçi məhkəməyə göndərilib.

Məhkəmə Dəmirin həbsinə qərar verib. Fatma Dəmir sosial mediada milyonlarla izləyicisi olan fenomendir.

Dəmiri TikTok platformasında 7,3 milyon insan izləyir.

 

Gununsesi.info