“TikTok”-un rusiyalı istifadəçiləri arasında Azərbaycana qarşı təxribat – VİDEO

  • By admin
  • 23 Yanvar 2021 21:52

İstisna deyil ki, təxribatda məqsəd – Rusiya ictimaiyyətinin diqqətini Andrey Navalnını dəstəkləyən çoxsaylı aksiyalardan yayındırmaqdır

“TikTok” xidmətinin rusiyalı istifadəçiləri arasında bu gün Bakıda minlərlə insanın Rusiyaya qarşı mitinq keçirdiyini əks etdirən bir video yayılır. Təxribat xarakterli videodan belə çıxır ki, etirazçılar Azərbaycanda yaşayan bütün rusları öldürməklə hədələyir və daha sonra Rusiya ilə müharibəyə başlamaq lazım olduğunu tələb edirlər.

Yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələri fonunda bu cür təxribat Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək və Dağlıq Qarabağ bölgəsində sülh və sabitlik yaratmaq prosesinə əngəl törətmək məqsədi daşıyır. Bu görüş nəticəsində tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üçün Baş nazir müavinləri səviyyəsində bir işçi qrupunun yaradılmasına qərar verdilər. Bu işçi qrupunun ilk iclasının yaxın gələcəkdə keçirilməsi planlaşdırılır. Bu baxımdan, təxribat xarakterli videonun Azərbaycan tərəfinin Dağlıq Qarabağın nəzarətsiz hissəsinə daxil olmasının qarşısını almaq üçün yayılması istisna deyil.

 

İqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafındakı iştirak Qarabağı Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək və yerli ermənilərə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi üstünlüklərdən istifadə etməyə imkan verəcək. Göründüyü kimi, bu fikirlər Rusiyada heç də hamının ürəyincə deyil, xüsusən də dəfələrlə Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar verən Rusiya erməni diasprounun sədri Ara Abramyanın.

Bu təxribatın Rusiya ictimaiyyətinin diqqətini Andrey Navalnını dəstəkləyən çoxsaylı aksiyalardan yayındırmaq üçün edildiyi də istisna deyil. Lakin bu təxribat xarakterli videonun müəllifləri bir vacib məqamı unudurlar. 44 günlük Vətən Müharibəsi zamanı ruslar da daxil olmaqla, Azərbaycanın milli azlıqlarının nümayəndələri yüksək vətənpərvərlik nümayiş etdirdilər və Azərbaycan Ordusunun bütün addımlarına dəstək oldular.

Əsrlər boyu Azərbaycanda yaşamış bütün xalqların nümayəndələri torpaqların erməni işğalından azad olunması üçün mübarizə aparıblar. Şəhid olan qəhrəmanlar arasında etnik ruslar da var. Bu faktlar, erməni təbliğatının Azərbaycandakı milli azlıqların əzildiyi və nümayəndələrinin erməni işğalçılarına rəğbət bəslədikləri barədə mifini dağıtdı. Ancaq gördüyümüz kimi, bu əhəmiyyətli amil Azərbaycanın düşmənlərinin daha bir gülünc təxribat yaymasına mane olmur.

P.S. Qeyd olunan videokadrı diqqətlə izlədikdə məlum olur ki, o, 10 il bundan qabaq Bakıda çəkilib və orada söhbət azərbaycanlıların Bakıdakı İran səfirliyi qarşısında keçirdikləri etiraz aksiyasından gedir. Və “TikTok”dakı həmin təxribatçı videonun adı də çox şey deyir – “Erməniyaxşı”. Anti-Azərbaycan təxribatçıların zamanı necə “geriyə çəkdiklərinin” aşağıdakı videoda özünüz şahidi ola bilərsiniz:

No description available.

Gununsesi.info