Tiktokda canlı açdıqlarına görə 15 sutka həbs olundular

Şəmkirdə sosial şəbəkədə qeyri-etik ifadələr işlədən üç gənc polis tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hadisə 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimovun (adlar şərtidir) avtomobildə hərəkət edərkən “TikTok” platformasında canlı yayım açması ilə başlayıb.

Yayım zamanı dostların işlətdiyi nalayiq ifadələr dərhal diqqət çəkib və onlar Rayon Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə hörmətsizlik nümayiş etdirən hərəkətlərə görə müvafiq maddə ilə protokol tərtib olunub.

Gənclər izahatlarında mikrofoun bağlı olduğunu düşündüklərini və yayımın canlı getdiyindən xəbərsiz olduqlarını iddia ediblər. Əməllərindən peşman olduqlarını bildirsələr də, məhkəmənin qərarı ilə onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib. (lent.az)