ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.
Dövlət katibi Ankaraya səfəri martın 30-da reallaşacaq. ABŞ xarici siyasət idarəsinin başçısı Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək.
Məlumata görə, görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin yolları müzakirə olunacaq.
Gununsesi.info