Tillerson bu ölkəyə getməkdən imtina etdi

  • By admin
  • 10 Mart 2018 16:25


ABŞ Dövlət katibi Reks Tillerson Keniyada şənbə gününə planlaşdırılan görüşünü ləğv edib.

Gununsesi.info xəbər verir ki, “Assoşieyted Press”in məlumatına görə, buna səbəb Tillersinin səhhətində yaranmış problemdir.

“Tillerson uzun iş günündən sonra özünü pis hiss edir. Lakin onun xəstəliyi ciddi deyil. Bəzi planlaşdırılmış tədbirlər növbəti günlərə salına bilər”, – məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Tillersonun 6-13 mart tarixlərində Afrikaya səfəri zamanı Çad, Cibuti, Efiopiya, Keniya və Nigeriyanı ziyarət edəcəyi barədə xəbər yayılmışdı.

 

Gununsesi.info