
ABŞ dövlət katibi Reks Tillerson ilin sonunadək postunu tərk edə bilər.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib.
Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur, o cümlədən kadr siyasəti və İranla münasibətlərlə bağlı. Telekanalın digər iki mənbəsi isə, Tillersonun ilin sonunadək deyil, hətta daha tez istefa verəcəyini istisna etməyib.
Gununsesi.info