
ABŞ dövlət katibi Reks Tillerson və Myanma silahlı qüvvələrinin baş komandanı Min Aunq Hlaynq arasında telefon danışığı olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı Tillerson Rakhayn ştatında baş verən zorakılıq aktları və humanitar böhranla bağlı öz narahatlığını bildirib.
R.Tillerson Myanma silahlı qüvvələrini və təhlükəsizlik xidmətini Rakhayn ştatında zorakılığın dayandırılması istiqamətində hökumətin gördüyü işləri dəstəkləməyə çağırıb.
Gununsesi.info