Tillersondan Rusiyaya sərt ittiham: "NİDERLANDLA FRANSADAKI SEÇKİLƏRƏ MÜDAXİLƏ EDİB"

  • By admin
  • 14 İyun 2017 05:37

Reks Tillerson

Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib.

Gununsesi.info “RİA Novosti”yə istinadən məlumat verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı müvafiq suala cavabında bildirib.

“Bəli, mən hesab edirəm ki, edib” – deyə,  qeyd edən Tillerson eyni zamanda,  Rusiyanın NATO-nun zəif olmasında maraqlı olduğunu bildirib.

Onu da qeyd edək ki, Rusiya tərəfi bundan əvvəl dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə təsir etmək cəhdlərinə dair  ittihamlarını rədd edib.

Gununsesi.info