Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında növbəti dəfə telefon danışığı baş tutub.
Gununsesi.info xəbər verir ki, tərəflər Rusiya və ABŞ arasında diplomatik nümayəndəliklərə qarşı atılan addımları müzakirə ediblər.
Rusiya XİN-dən verilən məlumatda bildirilir ki, Tillerson Lavrova ABŞ-ın Rusiyanın diplomatik nümayəndəliklərinə qarşı tətbiq ediləcək məhdudiyyətlər barədə məlumat vermək üçün zəng edib.
Qeyd edək ki, tərəflər arasında ötən gün də telefon əlaqəsi yaradılmışdı. Bu gün isə ABŞ artıq Rusiyanın San-Fransiskodakı diplomatik nümayəndəliyinin bağlandığını bəyan edib.
Gununsesi.info