“Time” jurnalının yeni redaktoru -Ancelina Coli

  • By admin
  • 21 İyun 2019 11:44

Hollivud ulduzu Ancelina Coli nüfuzlu “Time” jurnalının redaktoru olub.  Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, o, bu vəzifəyə dərginin rəhbəri Edvard Felsenthal tərəfindən təyin olunub. 

Dünyaca populyar olan məşhurun jurnalla işbirliyi barədə danışıqlar ötən ilin aprel ayından etibarən başlayıb. Bundan əlavə, 11 ildir UNİCEF-in xoşməramlı səfiri olan aktrisa insan və qadın  hüquqları ilə bağlı məqalələr də yazacaq.

 Gununsesi.org