“Timoçenko”nun halı pisləşib, xəstəxanaya yerləşdirilib - FOTO

  • By admin
  • 03 İyul 2017 12:22

xestexana-1

Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinın (FARC) lideri “Timoçenko” lәqәbli Rodriqo Londononun qəfildən halı pisləşib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda yerli mətbuat xəbər verib.

Belə ki, R.London dərhal Kolombiyanın Villavicencio şəhərində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda R.Londononun həkim və tibbi personalın nəzarəti altında müalicəsini davam etdirir.

Qeyd edək ki, xəstəxana ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. Hələlik İnqilabçı Silahlı Qüvvələri R.Londononun səhhəti ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra sülh sazişi avqustun 25-də imzalanıb. Bu, tarixdə ən uzunmüddətli münaqişələrdən sayılır.

FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparır. 220 min insan bu münaqişənin qurbanı olub. Milyonlarla insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

02

Anar

Gununsesi.info