Timsah baxıcısı qadından çaşdıran etiraf: Kişilər mənimlə sevgili… / FOTOLAR

  • By admin
  • 02 Aprel 2023 16:44

Savannah Boah ad,soyadlı xanımın etirafları bilənləri heyrətə düşürüb. Timsah baxıcısı olan xanım etirafında kişilərin ona qorxularından yaxınlaşa bilmədiklərini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həyatının bəlli qismini timsahlarla keçirdiyini bildirən Savannah onun bu peşəsindən dolayı, kişilərin ondan çəkindiyini və uzaq durduğunu bildirir.

“Mənimlə sevgili olmurlar”, – deyə düşüncələrini izah edən Boah insanları təəccübləndirən peşəsi sayəsində sosial medianın diqqətini çəkdiyini söyləyir.

Həyatının böyük qismini ölüm saçan təhlükəli heyanlarla keçirən qadın bu işinin onun eşq həyatına da təsir etdiyini bildirir.

“Heç əmin deyiləm. Bəlkə də dəli olduğumu düşünürlər. Mənimlə sevgili olmurlar”, –  vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info