Timsah kişini şikəst etdi, itini isə yedi -VİDEO

Timsah Avstraliyanın Kvinslend ştatının Blumfild şəhərinin 37 yaşlı sakini Alister Makfini şikəst edib və itini öldürüb.

Gununsesi.info “Lenta.ru”ya istinadən xəbər verir ki, adam Rottveiler adlı iti ilə gəzirmiş və su almaq üçün çaya gedib. Makfi suya girəndə qəfildən timsah ona hücum edib. Makfi iti xilas etməyə çalışsa da, cəhdi heç bir nəticə verməyib.

HTML tutorial

Makfi tibbi yardım üçün xəstəxanaya aparılıb.

Şəhər meri Piter Skott Makfiyə başsağlığı verib.

“Bu adam çox şanslıdır, lakin eyni zamanda ən yaxşı dostunu itirdi. Bu, çox kədərlidir”, – o deyib.

Mehti Kamiloğlu