Tiramisunun atası ÖLDÜ

  • By admin
  • 31 Oktyabr 2021 18:31

İtaliyanın Trevizo şəhərində məşhur restorançı, “tiramisunun atası” hesab edilən Ado Kampeol 94 yaşında dünyasını dəyişib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Veneto bölgəsinin rəhbəri Kuja Dzaya Feysbuk səhifəsində yazıb.

 

Qeyd edək ki, 1970-ci illərdə “Alle Beccherie” restoranında maskarpone pendiri, kofe, toyuq yumurtası, şəkər və savoyardi peçenyelərindən ibarət desert-tiramisu hazırlanmağa başlanıldı. Kampeol özü etiraf edirdi ki, desert həyat yoldaşı Alba və baş aşpaz Roberto Linquanottonun səhvi ucbatından təsadüfən meydana gəlib. Desert tez bir zamanda əvvəlcə İtaliyada, sonra isə bütün dünyada populyarlıq qazandı.

Gununsesi.info