Titanik 2” qayıdır

  • By admin
  • 02 Fevral 2017 15:31

titanik

“Titanik 2” gəmisi 2018-ci ildə özünün ilk dəniz səfərinə çıxacaq.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Titanik 2” adı verilmiş bu yeni, təkmilləşdirilmiş versiyanın ideya müəllifi avstraliyalı milyarder Clive Palmer və onun “Blue Star Line” şirkətidir.

“Titanik 2”də birinci, ikinci və üçüncü siniflər olmaqla 840 kabinə qurulacaq. Gəmi hər səfərində 2 min 400 sərnişin və 900 nəfərlik ekipaj üzvü daşıya biləcək.

Xatırladaq ki, Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.

Anar
Gununsesi.info