Nəqliyyat Agentliyi Bakıda tıxacın aradan qalrıdılması istiqamətində tədbirlər planı hazırlayıb və bunun reallaşdırılmasına başlanılıb.
Gununsesi.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasına başlanılıb.
V.Kərimli deyib ki, ilk belə mərkəzin metronun “Koroğlu” stansiyası yaxınlığında yaradılıb: “Bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırılıb”.
V.Kərimli əlavə edib ki, sərnişinlərin bu aradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir.
BNA rəhbəri onuda bildirib ki, tıxac probleminin aradan qaldırılması üçün dahadörd yerdə belə mərkəzin yaradılması nəzərdə tutulub: “Bu məqsədlə artıq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə “Avtovağzal”, “Dərnəgül”, “28 May” metro stansiyaları və “Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzilərinin yaradılması nəzərdə tutulub” – deyə, V.Kərimli bildirib.
Mürtəza
Gununsesi.info