Tofiq Abbasov: “Azərbaycan Rusiyayla İrana Ermənistanın əhəmiyyətsiz ölkə olduğunu sübut etdi”

  • By admin
  • 06 Avqust 2016 11:07

1468129405_tofiq-abbasov

 

“Azərbaycan, Rusiya, İran prezidentlərinin Bakı sammitini  ölkəmizin regional əməkdaşlıqda oynadığı əhəmiyyətli rolun bir daha bariz göstəricisi hesab etmək olar”.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan sanki regionda üçtərəfli əməkdaşlıq formatının bir nüvəsinə çevrilib. “Azərbaycanın iştirakı olmadan hər hansı əməkdaşlıq formatı mümkün olmur. Baxın, Azərbaycan-Türkiy-İran, Azərbayca-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Rusiya-İran üç tərəfli əməkdaşlıq formatları bunun real göstəricisidir. Azərbaycan bu cür əməkdaşlıq formatlarında aktiv iştirak edir və bir daha özünün əhəmiyyətini ortaya qoyur. Bu bir daha Azərbaycanın bölgədəki rolunu və əhəmiyyəti artırır. Ona görə də bölgədə əmədkaşlıq edən ölkələr daha çox Azərbaycan üzərindən belə əməkdaşlığa üstünlük verirlər”- deyə, politoloq vurğulayıb. Politoloqun fikrincə, region ölkələrinin belə formatda əməkdaşlığı daha effektli və uyğun bir əməkdaşlıq formatıdır: “Və bur format əməkdaşlıq regionlararası əməkdaşlıqda da daha səmərəli rol oynayır və təfələr bundan maksimum yararlana bilir. O baxımdan, Azərbaycan-Rusiya-İran prezidentilərinin Bakı sammiti bu zəmindən öz tarixi rolunu oyanayacaq”.

Region ölkələrinin fəal aməkdaşlıqda Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti, oynadığı rolun əhəmiyyətini qeyd edən politoloq bildirib ki, məhz onun bu istiqamətdə həyata keçirdiyi siyasət öz nəticəsini verib və region ölkələri tərəfindən onun bu siyasəti yüksək dəyərləndirilir: “Əksər hallarda regional əməkdalıq və bu əməkdalığın inkişaf etdirilməsi üçün layihələrin təşəbbüskarı məhz Azərbaycan prezidenti olur. Ona görə də digər region əlkələri regional və regionlararası əməkdalıq məsələsində Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bu da Azətbaycan regionda və beynəlxalq aləmdə artan rolunu bir daha möhkəmləndirir”. Politoloqun sözlərinə görə, məhz bunun nəticəsidir ki, Rusiya və İrana da Ermənistanın əhəmiyyətsiz ölkə olduğunu sübut etdi. “Ermənistana daha yaxın olan bu ölkələr də, Ermənistanla iqtisadi əməkdaşlığa o qədər də maraq göstərmir və bu əməkdaşlığın perspektivinə inanmır”- deyə, o, bildirib. T.Abbasov deyib ki, Ermənistan həyata keçirdiyi işğalçılıq siyasətində əl çəkməyənədək,  onu yaxşı heç nə gözləmir: “Əksinə Ermənistanın vəziyyəti daha da kəskinləşəcək və iqtisadi cəhətdən daha da ağır duruma düşəcək. Hesab edirəm ki, Ermənistan elitasının ağlı və dərrakəsi olarsa, özlərində iradə toplayıb, işğalçılıq siysətinə son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışmalıdır. Bu zaman Ermənistan qısa zaman kəsiyində inkişaf edə bilər. Bu baş verməyəcəyi təqdirdə, Ermənistan yaxın gələcəkdə bir müstəqil dövlət olaraq öz suveren hüquqlarını tamamilə itirmiş olacaq”.

Mürtəza

Gununsesi.info