Tofiq Məmmədov yoldaşını və qaynanasını baltaladı

  • By admin
  • 04 Avqust 2016 15:46

ayka

 

Tərtərdə dəhşətli hadisə baş verib , ər həyat yoldaşını və qaynanasını baltalayıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Narlıq qəsəbəsi adlanan ərazidə baş verib. Tofiq Məmmədov  işdən evə gələrkən həyat yoldaşı və qaynanası ilə mübahisə etməyə başlayıb. Dava -dalaş zamanı  ailə üzvülərinin sözləri 29 yaşlı kişini özündən çıxardıb. Bu zamanı o bayıra çıxaraq evin önündəki baltanı götürüb otağa daxil olub. Əsəbləri tarıma çəkilən Tofiq gözü dönmüş halda həyat yoldaşı ilə qaynanasına hücum çəkib. Gətirdiyi baltanı işə salan dırnaqarası qəhraman ilk zərbəni  həyat yoldaşına  endirib. Daha sonra bir zərbə də qaynanasının başına vurur. Bununla ürəyi soyumayan Tofiq Məmmədov yerdə qanlar içərisində qalan həyat yoldaşına bir neçə dəfədə bellə zərbə endirib. Daha sonra qaçaraq evi tərk edib. Hadisə zamanı yaxınlıqda olanlar dərhal içəri daxil olub və yaralıları Bərdə Mərkəzi rayon xəstəxanasına çatdırıb. Tibb işçiləri  hər iki yaralı üçün ilkin tibbi yardım göstərib . Ancaq məlum olub ki, 29 yaşlı Məshəti Səmədovanın  vəziyyəti ağırdır. Elə bu səbəbdən qadın əməliyyat olunması üçün paytaxta göndərilib. Digər yaralı 68 yaşlı Səfurə Quliyeva isə tramatologia şöbəsində müalicə alır.

Qeyd edək ki, hadisəni törədən şəxs Tərtər rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o hadisəni qisas almaq məqsədi ilə törətdiyini bildirib. Tofiq Məmmədovun sözlərinə görə bir neçə gündür həyat yoldaşı ilə qaynanası onu evdən qovublar. Həmin şəxs də  hadisəni də məhz bu səbəbdən törətdiyini deyir.

Faktla bağlı cinayət işi başlanılıb.

balta

 

balta1

 

balta3

 

Gununsesi.info