Tofiq Musayev dünyanın ən məşhur döyüşünə gedir - ÖZƏL

  • By admin
  • 22 İyun 2022 17:42

Azərbaycanın dünyaca məşhur idmançısı Tofiq Musayev ABŞ-da təşkil olunacaq Bellator döyüşünə hazırlaşır.

Bu barədə Gununsesi.info-ya açıqlamasında idmançımız özü bildirib.

Günün bir neçə saatını ancaq məşqlərə ayırdığını deyən Tofiq Musayev rəqibinin kimliyini də açıqlayıb: “Rəqibim Adam Pikkolotidir. Onun ciddi uğurları var”. 

Qeyd edək ki, dünyaca ən prestijli döyüşlərdən biri olan Bellator MMA-nın əsası 2008-ci ildə Kaliforniya ştatının Santa Monika şəhərində qoyulub.

Bellator Paramount Global televiziya və media konqlomeratının törəmə şirkəti kimi fəaliyyət göstərən Amerika qarışıq döyüş sənəti promosyonudur.

Bu döyüşə qatılmaq hər Avropa və dünya çempionuna nəsib olmur.

Tofiq Musayev dünyanın ən güclü bir neçə idmançısından biri kimi tanınır.

Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının ehtiyatda olan leytenantı Tofiq Musayev müharibənin ilk günlərindən ön xətdə fəal iştirak edib O, hətta Zəngilan rayonunda düşməninin atıb qaçdığı silah-sursat yeşiyini ələ keçirib.

Prezident İlham Əliyev Tofiq Musayevi həm də “cəsur döyüşçü” medalı ilə təltif edib.

Mayis Bədəlov

Gununsesi.info