Tofiq Musayev: “Mən həbs edilməmişəm” -ÖZƏL

  • By admin
  • 31 Yanvar 2024 18:53

Bəzi media quruluşlarında Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbləri paytaxtın bulvar ərazisində törədikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilməsi barədə məlumat yayılıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Fedarasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

 

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli isə sosial şəbəkə hesabında Tofiq Musayevin həbs edilməsi xəbərindən yazıb.

Baş redaktorun qeydlərini təqdim edirik:

“Tofiq Musayev indi mənə zəng etdi. Həbs edilməsi barədə xəbərləri təkzib etdi.
Saxlanılan şəxs onu dostları və müəllimləridir.
Tofiq bildirdi ki, ona yaxın olan bu adamlara şər atılır.

Uzun illərdir ki, Tofiq tanıyan, dostluq edən biri kimi deyirəm ki, o, xuliqanlıq edəcək xarakterdə adam deyil.

O, 44 günlük Vətən savaşına könüllü gedən bir oğuldur.

 

Gununsesi.info