Bu gün polis tərəfindən saxlanılan və mənzilində axtarış aparılan müxalif lider Tofiq Yaqublu ilə ilkin istintaq hərəkəti aparılıb.
Gununsesi.info bildirir ki, bu barədə onun vəkili Aqil Layic jurnalistlərə deyib.
Onun sözlərinə görə, Yaqublu Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320 (Saxta sənəd hazırlama) maddəsi ilə ittiham olunur:
”Tofiq Yaqublu hər iki ittihamı rədd etdi” deyən vəkil iş üzrə zərərçəkinin kimliyindən xəbərsiz olduğunu bildirib.
Elmar
Gununsesi.info