Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

  • By admin
  • 18 Sentyabr 2020 16:26

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.

 

 

Gununsesi.info