Tofiq Yaqublu məhkəmə qarşısına çıxarılır

Milli Şura üzvü Tofiq Yaqublu sabah məhkəmə qarşısına çıxarılacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə vəkil Aqil Layic bildirib.

Tofiq Yaqublunun ev dustaqlığı məsələsinə sabah – 9 yanvar 2024-cü il tarixində saat 14:30-da Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatında baxılacaq”, – vəkil deyib.

Xatırladaq ki, 15 dekabr 2023-cü il tarixində Nərimanov rayon Məhkəməsində Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

 

Gununsesi.info