Tofiq Yaqubludan Müsavat rəhbərliyinə şok ittiham - "POLİSƏ ÜZVLÜK VƏSİQƏSİ VERİLİB"

  • By admin
  • 29 Noyabr 2019 20:32

Müsavat Partiyası rəhbərliyinin adının saxta mühacir işində hallandırılması bu partiyaya qarşı bir sıra ittihamlara səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı həm də Müsavatın özü daxilində də ciddi gərginlik yaranıb. Partiya başqanlığına sabiq namizəd Tofiq Yaqublunun açıqladığı bir fakt isə rezonans doğurmaya bilməz. Belə ki, Müsavat Partiyasının polis işçisinə üzvlük vəsiqəsi verməsi bəlli olub. Tofiq Yaqublunun bununla bağlı açıqlamasını təqdim edirik:

“Özləri israr edirlər, ona görə də bir status da yazmağa qərar verdim. Dəfələrlə tələb etməyimə baxmayaraq, Müsavat Partiyasından siyasi mühacirlərə partiya üzvlüyü haqqında verilmiş arayışlarla tanış olmağa imkan vermədilər. Dedilər ki, mühacirin yaxınlarına təhlükə yaranar (?). İdris Axundov Xaçmaz rayonunda polis zabiti olub. Törətdiyi çiddi maliyyə fırıldaqlarına görə barəsində cinayət işi qaldırılıb. Adam Avropaya gəlib müsavatçı və AKM-in üzvü olub. AKM-in aksiyalarında iştirak edir. Buna baxmayaraq, onun qaynı Bəxtiyar Osmanov Xaçmaz rayonu İH-nin başçısının müavini vəzifəsində qalıb və işini davam etdirir. Bu, necə olur?”

 

Gununsesi.org