Tofiq Yaqubludan xəbər var

  • By admin
  • 16 Sentyabr 2020 10:11

 

Sentyabrın 15-də “City Hospital”da olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubludan analizlər götürülüb.

Gununsesi.info-ya bu barədə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, analizlərdə müəyyən dəyişikliklər müşahidə olunur: “Bu dəyişiklik qaraciyərlə bağlıdır. Ona görə biz bu gün, sentyabrın 15-də infuziyanı başladıq və davam etdirəcəyik. Tofiq Yaqublunun vəziyyəti, hələlik, qənaətbəxş sayıla bilər, amma aclıq edən adam hər an problem yaşaya bilər”.

T.Yaqublunun qızı Nigar Həzi isə AzadlıqRadiosuna bildirib ki, T.Yaqublu aclığı davam etdirir: “Bu gün, sentyabrın 15-də bir çox analizlər götürülüb, 14 günlük aclığın fəsadları analizlərdə özünü göstərir. Nəticələr normadan ya aşağıdır, ya da ki, yuxarı. Aclıq bir az da davam etsə, yenə həyatına təhlükə riski artacaq”.

N.Həzi əlavə edib ki, sentyabrın 15-də T.Yaqublunun yanına onun vəkili Aqil Layıcı buraxmayıblar.

Gununsesi.info