Daha bir hökumətyönümlü deputat Tofiq Yaqubluya azadlıq istədi

“Nə Tofiq Yaqublunun, nə də digər vətəndaşımızın həbsdə qalmasını istəmirik. Xüsusən də Qarabağ qazisinin”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov deyib.

Deputat həm medianı, həm də cəmiyyəti məhkəmənin işinə müdaxilə etməməyə çağırıb:

“Hakim müstəqildir. Yaxşı ya pis, ədalətli ya da ədalətsizdir, şəxsiyyətinə toxunmuruq. Məhkəmənin icraatında olan məsələlərə biz təsir göstərməməliyik. Bu məsələdə medianı da diqqətli olmağa çağırıram. Məhkəmənənin işinə müdaxilə etməməliyik”.

Gununsesi.info