Tofiq Yaqublunun istintaqı uzadılır- VƏSATƏT

Hazırda həbsdə olan siyasi xadim Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti başa çatıb.
Amma buna baxmayaraq, cinayət işinin materialları məhkəməyə göndərilmir.

Vəkil Elçin Sadıqov isə Gununsesi.org-a açıqlamasında Yaqublunin istintaq müddətinin artırılacağını deyib:

“Tofiq Yaqublunun sanksiya müddətini 2 ay artırmaq üçün müstəntiq Ramil Əliyev məhkəməyə müraciət edib. İşə sabah saat 10:00-da Nizamı Rayon Məhkənəsinin hakimi Rauf Əhmədov (Tağı Əhmədovun oğlu) baxacaq. Məhkəmə qapalı keçiriləcək”.

Gununsesi.org