Tofiq Yaqublunun oğluna medal verildi -FOTO

Hazırda inzibati həbsdə olan “Müsavat” partiyasının tanınmış üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi feysbuk səhifəsində məlumat verib.

Nigar Həzi bildirib ki, qardaşı hazırda Amerikada yaşadığından Baş nazir Əli Əsədovun imzası ilə verilən medal və medalın vəsiqəsi ona təqdim edilib.



Gununsesi.info