“Tofiq Yaqubluya Azadlıq !” aksiyasında saxlanılanların siyahısı - VİDEO

  • By admin
  • 09 Sentyabr 2020 16:12

Bu gün Bakı şəhərinin Səbail rayonunda yerləşən Sabir bağında bir qrup gənc fəal 4 il 3  ay azadlıqdan məhrum edilən tanınmış siyasi xadim Tofiq Yaqubluya azadlıq tələbiylə aksiya keçirib. 

Gununsesi.info-nun xəbərinə görə, aksiyaya müdaxilə edən polis əməkdaşları bir çox şəxsləri saxlayıb. Onların Səbail rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Gununsesi.info “Tofiq Yaqubluya Azadlıq !” aksiyasında saxlanılanların siyahısını sizlərə təqdim edir :
1. Nigar Həzi (Tofiq Yaqublunun qızı)
2. Bəxtiyar Hacıyev (İctimai fəal)
3. Nərmin Şahmarzadə (İctimai fəal)
4. Gülnarə Mehdiyeva (İctimai fəal)
5. Rüstəm İsmayılbəyli (İctimai fəal)
6. Bəhruz Səmədov (İctimai fəal)
7. Vəfa Nağı (İctimai fəal)
8. Elçin Əlixan (İctimai fəal)
9. Mətanət Turan (AXCP üzvü)
10. Elmir Abbasov (İctimai fəal)
11. Hüsü Xanlarlı (İctimai fəal)
12. Rəbbiyə Məmmədova (siyasi fəal)
13. Ülvi Həsənli (NİDA)

Tofiq Yaqublunun azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında Tofiq Yaqublunun qızı Nigar Həzini polislər saxlayıb. Nigar Həzi ilə yanaşı saxlanılan etirazçılar da var. #FreeTofiqYaqublu #TofiqYaqublunuAzadEt#qanlıəlləriniqazimizdənçək#murdarəlləriniqazimizdəngeriçəkcənabalibaşcinayətkar

Publicerat av Mahsati Guluzade Onsdag 9 september 2020

Gununsesi.info