Tofiq Yaqubluya xuliqanlıq ittihamı verildi

  • By admin
  • 23 Mart 2020 10:59

Dünən üzləşdiyi insidentdən sonra Nizami Polis İdarəsində saxlanılan müxalifət funksioneri Tofiq Yaqubluya cinayət işi açılıb.

Gununsesi.org xəbər verir ki, xuliqanlıqda ittiham olunan Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 221.3 cü maddəsi ilə iş açılaraq, istintaq başladılıb.
Qeyd edək ki, Tofiq Yaqublu dünən sosial şəbəkə hesabında təxribata uğradığını yazıb. O, bildirib ki, avtomobilini qəsdən vuran adamlar ona hücum edib.

Bu arada Yaqublunun müdafiəsinə qoşulan vəkil Elçin Sadıqov bildirib ki, Nizami rayon Polis İdarəsinə gəlsə də onu içəri buraxmırlar:

“Bəhanə edirlər ki, istintaqın rəisi və müstəntiq otaqlarlnda deyil. Problemlə bağlı Ehsan Zahidovun köməkçisinə, Ombudsmandan Rəşid müəllimə zəng etmişəm. Eyni zamanda Bakı şəhər Nizami Rayon prokuroruna da məlumat vermişəm. Lakin, hələ də Tofiq Yaqublunun müdafiə hüququ pozularaq məni istintaqa buraxmırlar”.

Gununsesi.org