Tofiq Zülfüqarov: “İsrailin növbəti hədəfinin Türkiyə olması mümkünsüzdür”

Xəbər verdiyimi kimi, Türkiyə Böyük Millət Məclisinin payız ssesiyanın açılışı zamanı Prezident, AKP sədri Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı dediyi “İsrailin növbəti hədəfi Türkiyədir!” fikri böyük səs-səda yaratmışdı. Sözügedən məsələ ilə bağlı artıq müxtəlif beynəlxaq şərhlər də mövcuddur.

Bəs politoloqlarımız nə düşünür?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Gununsesi.infoya məsələ ilə bağlı açıqlamasında bu sözləri deyib:

“Doğrusu, İsrailin Türkiyəyə hücum edəcəyinə inanmıram. Bu, belə olarsa, çox böyük bir problemli məsələlərə yol aça bilər, amma dediyim kimi, növbəti hədəfin qardaş Türkiyə olması şəxsən mənə mümkünsüz görünür.”

O, həmçinin qeyd edib ki, İsraillə-İran arasında da olan gərginliyi nəzərə alsaq, İran tərəfinin, əslində, böyük bir qarşıdurmadan ehtiyat etdiyi görəcəyik. İsrail tərəfi isə əksinə, belə bir bəhanə əldə edib ki, nüvə obyektlərinə zərbə yendirsin.

Nəhayətdə isə məsələni bu cür şərh etmək olar:

“İsrailin əsas hədəfi İranın nüvə obyektləridir, Türkiyə yox.”

Orxan Saffari

Gununsesi.info